06.04.2024

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün növbəti masterklass təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün növbəti masterklass təşkil edilib. 

“Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində təşkil edilən tədbirdə 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində xidmət göstərilən uşaqlar iştirak edib.
 
Vapiano restoranında təşkil edilən masterklass zamanı təlimçilər tərəfindən uşaqlara pizza bişirmə üzrə bilik və bacarıqlar aşılanıb. 

İştirakçılarda xoş təəssüratlar yaradan görüşün məqsədi həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyasına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasına töhfə verməkdir. 

Bu kimi görüşlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.