02.06.2024

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün ustad dərsi təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi nin Sabunçu və Nərimanov Sosial Xidmət Mərkəzləri ndə sosial reabilitasiyaya cəlb olunan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün ustad dərsi təşkil edilib.

Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən görüş 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.

Ustad dərsi Uşaq İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən İnkluziv Art Studiyanın rəhbəri və müəllimi Fuad Musayev tərəfindən keçilib.

Görüşün məqsədi uşaqların ictimai inklüziyası və cəmiyyətə inteqrasiyası, onların emosiya və hisslərini ifadə etməsi, həmçinin psixoloji və emosional inkişafına dəstək olmaqdır.

Görüş çərçivəsində uşaqlar üçün Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mələk Vəlizadənin bədii rəhbərliyi ilə “Melek’s band” vokal qrupunun ifaları səsləndirilib.