Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Psixonevroloji sosial xidmət müəssisəsində “İnsan Hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
“Əlilliyi olan şəxslərin hüquqlarının təsbiti və qorunması” mövzusunda çıxışlar edilib, insan hüquqları aylığının əhəmiyyəti, insan hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Çıxışlarda insan hüquqları, mövcud prinsiplər, bu sahədə ölkəmizdə qəbul edilən qanunlar, insan alverinə qarşı mübarizə üsulları və həyata keçirilən dövlət siyasətindən danışılıb.
Qeyd olunub ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, təmin olunması istiqamətində mühüm addımlar atılır.