08.07.2024

2 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri ekskursiyada iştirak ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri üçün ekskursiya təşkil edilib.
Şamaxıda yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına təşkil edilən ekskursiya zamanı iştirakçılar Rəsədxananın nəzdində fəaliyyət göstərən Astronomiya Muzeyi və teleskoplarla tanış olublar. Sakinlər muzeydə olan maraqlı eksponatlar və rəsədxananın tarixi barədə geniş məlumat  alıblar. Daha sonra benefisiarlar üçün Pirqulu kəndi ətrafında gəzinti təşkil edilib.
Qeyd edək ki, ekskursiyanın məqsədi müəssisə sakinlərinin sosial adaptasiyasına dəstək verməkdir. 
Şamaxıda yerləşən 2 saylı psixonevroloji sosial xidmət müəssisəsi 2024-cü ildə yenidən qurulub və əsaslı təmir olunub. 174 nəfər üçün nəzərdə tutulan bu müəssisədə hazırda 107 nəfər müvafiq xidmətlərlə təmin edilir. 
Sosial xidmət müəssisəsinin sakinləri ilkin tibbi-sosial yardım, reabilitasiya xidmətləri, psixoloji və psixiatrik yardımla yanaşı keyfiyyətli ərzaq məhsulları, təmiz geyim və yataq dəstləri ilə təmin olunurlar. 
Sosial Xidmətlər Agentliyinin Göygöl rayonu, Şamaxı və Gəncə şəhərləri, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən ümumilikdə 4 psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyət göstərir.