Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailələri, müharibə əlilləri, həmçinin Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzində xidmət göstərilən şəxslər Şəhidlər Xiyabanını və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş ziyarət çərçivəsində iştirakçılar əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib. Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edərək, məzarları üzərinə gül dəstələri qoyublar.
Hərbi Qənimətlər Parkında ziyarətçilər 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla tanış olublar.