Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri arasında futbol yarışı təşkil edilib.
Yarışın məqsədi sakinlərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin idmana marağını artırmaq olub.
Futbol yarışı heç-heçə ilə nəticələnib. Belə yarışların mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.
Sosial Xidmətlər Agentliyinin 4 saylı psixonevroloji sosial xidmət müəssisəsində hazırda 106 nəfər müvafiq xidmətlərlə təmin edilir.
Müəssisədə psixonevroloji xəstəliklər nəticəsində əlilliyi müəyyən edilmiş, sosial xidmətə ehtiyacı olan 18 yaşdan yuxarı şəxslərə sosial-tibbi, sosial-məişət, sosial-hüquqi və digər zəruri xidmətlər göstərilir.