Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində hazırda valideyn himayəsindən məhrum olmuş 63 uşaq dövlət qayğısı ilə əhatə olunur.
Gəncə şəhərində yerləşən müəssisə 70 yerlikdir və valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət himayəsində yaşaması üçün nəzərdə tutulub.
Müəssisəyə qəbul edilən uşaqlar yaş və cinsə uyğun olaraq qruplaşdırılır və sosial reabilitasiyaya cəlb edilirlər.
Onlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətlərlə təmin olunurlar.