15.11.2024

6 saylı uşaq evində Uşaq hüquqları aylığı ərzində müxtəlif tədbirlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaq hüquqlarına həsr olunan bir sıra tədbirlər təşkil edilib.

Tədbirlər zamanı Uşaq hüquqları konvensiyası, uşaqların vicdan, fikir və söz azadlığı barədə məlumatlar verilib. Mövzu ətrafında interaktiv müzakirə aparılıb. “Yer üzünün günəşidir uşaqlar” adlı tədbirdə müəssisə sakinlərinin əl işləri nümayiş olunub.  

Həmçinin, “Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ” mövzusunda videoçarxın nümayişi olub.