07.11.2024

8 Noyabr - Zəfər Günü ərəfəsində Sosial Xidmətlər Agentliyinin bir qrup əməkdaşı ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 8 Noyabr - Zəfər Günü ərəfəsində Agentliyin bir qrup əməkdaşı ilə görüşüb. 
Agentliyin müxtəlif strukturlarında çalışan 20-dən çox şəhid ailəsi üzvü, müharibə ilə əlaqədar əlilliyi olan şəxs və müharibə iştirakçılarının qatıldığı görüşdə bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. 
Sözügedən layihələrin icrası prosesində elə həmin kateqoriyadan olan şəxslər və ailələrin nümayəndələri də iştirak edirlər.
Bu şərəfli missiyada yer almağın qürurverici olduğu bildirilib. 
V.Behbudov əməkdaşların vəziyyəti ilə maraqlanıb, təkliflər dinlənilib.