16.12.2024

Abşeron Sosial Xidmət Mərkəzinin benefisiarlarının Milli İncəsənət Muzeyinə səfəri təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində sosial-reabilitasiya xidmətlərindən yararlanan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar və onların valideynlərinin iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Rəngli duyğuların çağırışı” adlı tədbir keçirilib. 

İştirakçılar Səttar Bəhlulzadənin “Təbiətin ecazkar nağılı” sərgisi ilə tanış olublar. Sərgi haqqında ətraflı məlumat verən Muzeyin Elmi-bərpa şöbəsinin rəssamı Samir Talıbov uşaqlara ustad dərsi keçib.

Təşkil edilən səfərin məqsədi həssas kateqoriyadan olan uşaqların ictimai inklüziyası, asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılmasıdır.