20.03.2024

Sosial Xidmət Mərkəzində “Novruz töhfələri” adlı tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeronda yerləşən İxtisaslaşmış Sosial Xidmət Mərkəzində “Novruz töhfələri” adlı tədbir keçirilib. 

Tədbirdə sosial xidmət mərkəzində reabilitasiyaya cəlb edilən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar və onların valideynləri iştirak ediblər. 

Uşaqlar art terapiya vasitəsilə bayramın tarixi dəyərini, adət-ənənələrimizi, Novruz rəmzlərini özündə əks etdirən rəngarəng nümunələr hazırlayıblar. Öz hisslərini və yaradıcılıqlarını oyun terapiyasından istifadə edərək nağıl qəhrəmanlarını canlandırmaq, bir-birindən rəngarəng rəqslər, musiqi nömrələri azyaşlılarda xoş əhval yaradıb. 

Oyun terapiyası zamanı həm də uşaqların psixi inkişafı, sosial adaptasiyası, motor bacarıqlarının formalaşdırılması, relaksasiya, həmçinin qrup daxilində özünüqiymətləndirmə və özgüvənin artırılması məqsədilə bir-birindən maraqlı əyləncə dolu oyunlar təşkil edilib.