Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında minifutbol turnirinin pley-off mərhələsi keçirilib.
Bu gün baş tutan oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin komandaları qarşılaşıblar. Oyun 3-1 hesabı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyrinə başa çatıb.
Komandamızı təbrik edir, növbəti oyunlarda uğurlar arzulayırıq!