Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında minifutbol turnirinin qrup mərhələsi üzrə sonuncu - 13-cü turunun oyunları keçirilib.
Bu gün baş tutan oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət Nazirliyinin komandaları qarşılaşıblar. Oyunda 2-1 hesabı ilə qalib gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası qrup mərhələsini ilk pillədə tamamlayıb.
Komandamızı təbrik edir, növbəti oyunlarda uğurlar arzulayırıq!