10.01.2023

Ağcabədi rayonunda Vətəndaş Qəbulu

Yanvarın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov  Ağcabədi rayonunda Vətəndaş Qəbulu keçirəcək. Qəbulda Ağcabədi ilə yanaşı Ağdam sakinləri də iştirak edə bilərlər.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev) təminatı, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılacaq.

Müraciət etmək istəyən vətəndaşlar yanvarın 14-dək 📞 (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək, 📧 sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.