Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində səyyar tibbi müayinələr təşkil olunub.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə həyata keçirilən müayinələrin əsas məqsədi müəssisə sakinlərinin xəstəliklərini erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır.
Aksiya çərçivəsində həkim kardioloq və həkim-nevroloqlardan ibarət ixtisaslı həkimlər diaqnostik müayinələr aparıb. Müəssisə sakinləri exokardioqrafiya (EXO) və elektrokardioqramma (EKQ) müayinələrindən keçib.
Sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin sağlamlığının qorunması istiqamətində keçirilən analoji tədbirlərə 80 ahıl şəxs cəlb olunub.