Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin bir qrup qadın sakini 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin qonağı olub.
Ümumdünya Sosial İş Günü çərçivəsində təşkil edilən görüşdə qonaqlar müəssisə sakinləri tərəfindən hazırlanan bayram şənliyinə tamaşa ediblər.
Sonra ahıllar uşaqlarla birlikdə Novruz bayramının əsas şirniyyatlarını hazırlayıblar.
Görüşün təşkilində məqsəd nəsillərarası həmrəyliyin gücləndirilməsinə dəstək verməkdir.