Aprelin 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov İmişli rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda İmişli ilə yanaşı, Beyləqan rayon sakinləri də iştirak edə bilərlər.
Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və digər sosial məsələlər üzrə müraciətləri cavablandırılacaq.
Müraciət etmək istəyən vətəndaşlar 9 aprel 2025-ci il tarixinə qədər (012) 525-41-30 (daxili 5625,5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.