27.11.2024

Bir ailə neçə uşaq himayəyə götürə bilər? Himayəyə götürülmüş uşaqla birlikdə ailədə ümumilikdə neçə uşaq ola bilər?

 Öz uşaqları da daxil olmaqla, hər iki valideyn olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyn olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz. 

 Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla).