Manikür peşəsi üzrə keçirilən kurslara ümumilikdə 12 əlilliyi olan şəxs cəlb edilib.
“Manikür” kursunun müddəti 3 ay təşkil edir. Bu müddət ərzində gənclər müasir metodlarla dırnaqların düzəldilməsi və bəzədilməsini öyrənirlər.
Qeyd edək ki, hazırda mərkəzdə kompüter istifadəçisi, montajçı-operator, dərzilik, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi, rəssamlıq, dulusçuluq üzrə 3-6 aylıq kurslar təşkil olunur. Yaxın günlərdə əmək bazarının tələblərinə uyğun olaraq avadanlıqların təmiri və fotoqrafiya sahələri üzrə də kursların təşkil edilməsi nəzərdə tutulur.
Mərkəzdə fiziki, yüngül və orta dərəcəli əqli geriliyi olan 15-29 yaş arası əlilliyi olan şəxslərin sosial reabilitasiyası, peşə-əmək reabilitasiyası və peşə hazırlığı həyata keçirilir. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.