26.09.2023

Bir qrup qadın məhkum fərdi sosial-reabilitasiya xidmətlərinə cəlb ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin təşkilatçılığı ilə “Məhkumların sosial adaptasiya və reabilitasiyası” mövzusunda məhkum qadınlarla növbəti görüş keçirilib. 

Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Sosial Xidmətlər Agentliyinin və Ədliyyə Nazirliyinin məsul əməkdaşları, sosial işçilər və psixoloqlar, eləcə də şərti azadlığa buraxılmış qadın məhkumlar iştirak edib. 

Görüş şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial-psixoloji xidmətə təlabatının qiymətləndirilməsi və risk hallarının aradan qaldırılması məqsədi daşıyıb. 

38 nəfər qadının ilkin qiymətləndirilməsi aparılıb və qiymətləndirməyə əsasən onların cəmiyyətə psixo-sosial adaptasiyasına dəstək yönümlü fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulur.