30.09.2024

Bu il 123 uşaq övladlığa verilib

Dövlət uşaq müəssisələrindən 176 uşaq ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 123 uşaq övladlığa verilib. Onlardan 59 nəfəri oğlan, 64 nəfəri qızdır. 

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla Agentlik tərəfindən monitorinqlərə cəlb edilir. Cari il 604 belə monitorinq həyata keçirilib. 

Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il 136 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, dövlət uşaq müəssisələrindən 78-i qız, 98-i oğlan olmaqla 176 uşaq öz ailələrinə qaytarılıb.