24.08.2023

Bu il 90 uşaq övladlığa verilib

Dövlət uşaq müəssisələrindən 103 uşaq isə reinteqrasiya tədbirləri

nəticəsində öz ailəsinə qaytarılıb.

2023-cü ilin ötən dövründə 90 uşaq övladlığa verilib. Onlardan 45 nəfəri oğlan, 45 nəfəri isə qızdır.

Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən  övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Reinteqrasiya tədbirləri də davam edir və həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 103 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 54-ü oğlan, 49-u qızdır.

Sosial şəbəkələrdə də bizi izləyin: