23.04.2025

Çətin həyat şəraitində olan şəxslərə dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət ödənişsiz göstərilir

Çətin həyat şəraitində olan, yəni qanunvericiliklə sosial xidmətə götürülməsi üçün əsas yaradan hallarla üzləşən şəxslər (əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər və b.) Sosial Xidmətlər Agentliyi tərəfindən evlərində və ya sosial xidmət müəssisələrində sosial xidmətlə təmin edilirlər.