05.12.2024

Cəzaçəkmə müəssisələrində maarifləndirmə görüşləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində insan hüquqlarına və narkomaniya ilə mübarizəyə həsr edilən tədbir keçirilib. 

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən tədbirdə Beynəlxalq İnsan Hüquqları Gününün mahiyyətindən bəhs edilib, ölkəmizdə insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışılıb. 

Silsilə təşkil edilən maarifləndirmə görüşləri eyni zamanda 2, 6, 9, 10, 11, 12, 13 və 15 saylı cəzaçəkmə müəssisələrinin sakinlərini də əhatə edib. 

Təqdimatlarda cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquqi təminatı, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin vəzifələri haqqında geniş məlumatlar verilib. 

Görüşlər çərçivəsində narkomaniyanın cəmiyyətə, insan sağlamlığına ziyanından və törətdiyi fəsadlardan, həmçinin yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumağın yollarından bəhs edən “Narkotikə yox deyək” adlı videoçarx nümayiş olunub. Narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışılıb.