Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin bir qrup əməkdaşı üçün təlim təşkil edilib.
“Himayədar ailə” qayğı modelinə həsr edilən təlimə Bakı Regional Məşğulluq filialının 30-a yaxın əməkdaşı (karyera məsləhətçiləri) cəlb edilib.
Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Uçot və təhlil şöbəsinin müdiri Samir Hüseynov “Himayədar ailə” qayğı modelinin mahiyyəti, müraciət formaları, beynəlxalq təcrübə və digər vacib məqamlar barədə təqdimatla çıxış edib.
Sonra iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Təlimin məqsədi Dövlət Məşğulluq Agentliyinin müraciətçilərlə birbaşa işləyən yerli şöbələri tərəfindən xidmətin kriteriyalarına uyğun olan vətəndaşlara “himayədar ailə” olmaqla bağlı dolğun məlumatların verilməsini, həmçinin müraciət etmək istəyən şəxslərə müvafiq dəstəyin göstərilməsini təmin etməkdir.