Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında minifutbol turnirinin 2-ci turunun oyunları keçirilib.
Bu gün baş tutan oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun komandaları qarşılaşıblar. Oyun 9-0 hesabı ilə nazirliyin komandasının xeyrinə başa çatıb.