Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında minifutbol turnirinin 4-cü turunun oyunları keçirilib.
Bu gün baş tutan oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Energetika Nazirliyinin komandaları qarşılaşıblar. Oyun 11-0 hesabı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandasının xeyrinə başa çatıb.