02.04.2024

Dünya Autizm Məlumatlandırma Gününə həsr olunan görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində “Autizm xəstəlik deyil, fərqlilikdir” şüarı ilə maarifləndirici görüşlər keçirilib. 

2 Aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunan görüşlərin məqsədi autizm sindromlu fərdlərə diqqət çəkmək, autizmin xəstəlik olmadığına dair fikir formalaşdırmaqdır. 

Sosial Xidmət Mərkəzlərinin mütəxəssisləri çıxışlarında iştirakçılara autizm spektor pozuntusu, autizmli şəxslərdə inkişaf etdiriləcək bacarıqlar haqqında məlumatlar veriblər. 

İştirakçılara Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanan və valideyn bacarıqlarının artırılması, uşaqların, xüsusilə də autizm spektor pozuntusu olan şəxslərin inkişafına dəstək məqsədi daşıyan “autizmders.az” veb səhifəsi və mobil tətbiqinin mahiyyəti və istifadə qaydaları izah edilib.