29.10.2024

Əlilliyi olan gənclərin iştirakı ilə ağacəkmə aksiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində ağacəkmə aksiyası keçirilib. 

Tədbirdə Mərkəzin əməkdaşları və burada peşə öyrənən, əlilliyi olan 50 gənc iştirak edib. 

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək və yaşıllıqların mühafizəsinə gənclərin diqqətini cəlb etməkdir. 

Tədbir çərçivəsində Mərkəzin ərazisində 50 ağac və müxtəlif növ güllər əkilib.