Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin #PeşəƏməkReabilitasiyasıMərkəzi ndə peşə öyrənən bir qrup gənc "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təlimə cəlb olunub.
Reabilitasiya Mərkəzinin yetirmələri olan əlilliyi müəyyən edilmiş şəxslər bu təlimlərdə “Qurama” sənətinin incəliklərini öyrənəcəklər.
Bir ay davam edəcək təlimlərdə Qoruğun mütəxəssisləri əlilliyi müəyyən edilmiş şəxslərə “Qurama” sənətinin incəliklərini öyrədəcəklər.
Təlimin məqsədi həssas əhali qruplarından olan şəxslərin motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq və sosial reabilitasiyasına dəstək olmaqdır.
Bir zamanlar qənaət məqsədilə parça qalıqlarından tikilən quramalar sonradan tikmə sənətinin bir növünə çevrilib. Konkret üslubu olmayan “Qurama” sənətində ustadan sadəcə bədii zövq və uyğun rənglərdən kompozisiya qurmaq istedadı tələb olunur.