18.07.2024

Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzində peşə öyrənən bir qrup gəncin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “Ümumbəşəri dəyərlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin nümayəndəsi milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz haqqında mərkəzdə peşə öyrənən gənclərə məlumat verib.

Maraqlı müzakirələr, sualların cavablandırılması ilə davam edən tədbir gənclərə peşəkar tövsiyyələrin verilməsi ilə yekunlaşıb.

Sonra mərkəzdə peşə öyrənən bir qrup gəncin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil olunub. Gənclərə muzeyin tarixi, eləcə də Azərbaycan tarixini əks etdirən minlərlə eksponatın qorunub saxlanıldığı muzey fondları barədə ətraflı məlumat verilib. 
Ekskursiya gənclərdə böyük maraq və onlarda xoş təəssüratlar yaranmasına səbəb olub.