21.11.2023

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib. 

“Peşə-əmək reabilitasiyasının reabilitasiyaya cəlb edilmiş 15-18 yaşlı uşaqların  psixososial inkişafında rolu” mövzusuna həsr olunan görüşdə bu kateqoriyadan olan əlilliyi müəyyən edilmiş şəxslər, Mərkəzin psixoloq və metodistləri iştirak edib. 

Mərkəzin direktoru Rəhilə Həsrətova burada əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiyası, onların hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. 

Sonra mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. 

Qeyd edək ki, “Uşaq hüquqları aylığı” Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunub.