27 may 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində vətəndaşlar üçün “Açıq qapı” günü keçiriləcək.
Tədbirin məqsədi Mərkəzdə göstərilən sosial xidmətlər barədə məlumatlığı artırmaq, vətəndaşlar üçün bu xidmətlərlə yerində tanış olmaq imkanı yaratmaqdır.
“Açıq qapı” günündə iştirak etmək istəyən şəxslər Agentliyin (012) 525-41-30 (daxili 5197) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yaxud sosial şəbəkə hesablarına müraciət edə bilərlər.