26.12.2023

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunlarına şəhadətnamələr təqdim edilib

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunlarına şəhadətnamələr təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclər üçün qiymətləndirmə aparılıb.
İştirakçıların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmə kompüter istifadəçisi peşə təlimi, tikiş peşə kursu, kişi və qadın bərbəri peşə kursu, aşpaz köməkçisi peşə kursu, operator-montajçı peşəsi və toxuculuq peşəsi də daxil olmaqla 7 istiqamət üzrə keçirilib.
Ümumilikdə 36 nəfərin qazandığı yeni bilik və bacarıqlarla bağlı hazırlıq səviyyələri yoxlanıb.
İmtahan komissiyasının qərarına əsasən onlardan 28 nəfərinə  şəhadətnamə, 6 nəfərinə arayış təqdim edilib. Ümumilikdə isə 2023-cü il ərzində müəssisədə 6 dəfə qiymətləndirmə aparılıb və kursları 134 nəfər şəhadətnamə ilə bitirib.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompyuter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.