03.06.2024

Əlilliyi olan uşaqlar "Qarabağ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final oyununda iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial xidmət müəssisəsində xidmət göstərilən uşaqlar "Qarabağ" və "Zirə" komandaları arasında ötən gün keçirilən Azərbaycan Kubokunun final oyununda qonaq olublar. 
Oyunun açılış mərasimində hər iki komandanın oyunçuları əlilliyi müəyyən edilmiş uşaqların müşayiətilə meydana çıxıblar. 
Müəssisə sakinlərinin köynəklərinin üzərində yazılan “uşaq gülərsə, dünya gülər” sloqanı final oyununa xüsusi rəngarənglik qatıb.
Sosial Xidmətlər Agentliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə bu əhəmiyyətli oyunda uşaqların meydançaya çıxma səbəbi həm də həssas əhali qruplarından olan şəxslərə qarşı cəmiyyətin diqqətinin artırılması, onların sosial reabilitasiyasının və inteqrasiyasının təşkilidir.