15.05.2025

Əlilliyi olan uşaqlar və onların valideynləri üçün Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakının Nərimanov rayonundakı Sosial Xidmət Mərkəzinin benefisiarları üçün Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil olunub. 

Sosial Xidmət Mərkəzinin sosial reabilitasiya xidmətlərindən bəhrələnən əlilliyi olan uşaqlar və onların valideynlərinin iştirak etdiyi tədbir Beynəlxalq Ailə Gününə həsr olunub. 

Ekskursiya çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli və inkişafetdirici oyunlar, həmçinin valideynlər üçün isə təcrübəli psixoloq və təlimçilərin iştirakı ilə meditasiya proqramı da təşkil edilib. 

Bu kimi tədbirlər sosial inklüzivliyə nail olmaq, ailə dəstəyini təşviq etmək və həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyasına dəstək olmaq məqsədi daşıyır.