Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Sosial Xidmət Mərkəzlərinin əməkdaşları üçün təlim təşkil edilib
Mərkəzlərin mütəxəssislərinin bilik və bacarıqlarının, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədi daşıyan təlim “Şizofreniya və psixotik pozuntular, obsessiv-kompulsiv pozuntu və əlaqəli pozuntular” mövzusuna həsr edilib.
Həkim-psixiatr Orxan Fərəcli iştirakçılar üçün mövzuya uyğun təqdimatla çıxış edib. Bu istiqamətdə diqqət edilməli olan vacib məqamlardan danışılıb.
Mütəmadi təşkil edilən bu kimi təlimlər birbaşa həssas qruplarla işləyən əməkdaşların nəzəri və praktik biliklərini artırmaq, onları psixiatriyada müasir yanaşmalarla tanış etməyi hədəfləyir.
Təlim proqramı çərçivəsində problemlərin psixodiaqnostikası, psixokorreksiya üsulları barədə məlumatlar verilib, bir sıra real keyslər müzakirə edilib.