Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu dəfə Şəki şəhərində vətəndaşları qəbul edib.
Qəbulda Şəki və Qax rayonlarının sakinləri daxil olmaqla ümumilikdə 30-dan çox şəxs iştirak edib.
İştirakçılar Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müraciətlərini bildiriblər. Hər bir müraciət qeydiyyata alınıb və həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Fərdi ev, avtomobil təminatı, səyyar sosial-məişət xidmətinin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, və s. kimi Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciəti olan hər bir imtiyazlı vətəndaş bu qəbullarda iştirak edə bilər.
Bunun üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.