21.10.2024

“Erkən nikah-insan alverinə şərait yaradan amillərdən biri kimi” mövzusunda şagirdlərlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə 244 saylı tam orta məktəbdə “Erkən nikah-insan alverinə şərait yaradan amillərdən biri kimi” mövzusunda maarifləndirici tədbir keçirilib. 


İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin nümayəndələri Mərkəzin fəaliyyəti, insan alveri qurbanlarına göstərilən xidmətlər və insan alveri mövhumu, onun mahiyyəti və formaları barədə təqdimatlar ediblər. Erkən nikah və insan alverinin uşaqlara xas aspektləri ilə bağlı məlumat veriblər. Görüşdə, həmçinin insan alverinə qarşı mübarizə üsulları haqqında ətraflı məlumat verilib.


Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.