Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialları tərəfindən erkən nikahla bağlı maarifləndirmə xarakterli görüşlər keçirilib.
Agentliyin Lənkəran-Astara, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Dağlıq Şirvan və Şəki-Zaqatala regional filiallarının əməkdaşları tərəfindən keçirilən görüşlər müvafiq bölgələrin məktəblərində təşkil edilib.
“Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusuna həsr edilən tədbirlərdə məktəblərin yuxarı sinif şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.
Çıxışlarda erkən nikahın sosial-psixoloji fəsadları, qohum evliliyinin səbəb olduğu ağır nəticələr və bu problemlərin gənc nəsil üçün yaratdığı təhlükələrdən danışılıb.
İştirakçılara erkən nikahın qarşısının alınması üçün diqqət edilməli məqamlar barədə məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.