06.11.2024

Evdə səyyar sosial-məişət xidməti göstərilən ahıl metropoliten işçisi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları İsmayıllı rayonunda evdə səyyar sosial-məişət xidməti göstərilən ahıl şəxs Nəbi Mürşüdovu Bakı Metropoliteni əməkdaşlarının peşə bayramında ziyarət ediblər. 

Nəbi Mürşüdov 1985-2018-ci illərdə Bakı Metropolitenində müxtəlif vəzifələrdə (tunel ustası, sahə rəisi) çalışıb. 

Prezident İlham Əliyevin 7 noyabr 2012-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 

71 yaşlı Nəbi Süleyman oğlu Mürşüdov rayonun Qalacıq kəndində yaşayır. Onun həyat yoldaşı Nayibə Mürşüdova da 15 ilə yaxın Bakı Metropolitenində çalışıb. 

Agentliyin sosial xidmətçiləri ahılımızın evinə gedərək ona ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər. 

Ahılın sosial vəziyyəti ilə maraqlanan əməkdaşlar cütlüyə can sağlığı və uzun ömür arzu ediblər. Onun bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib. 

Ailə göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib.