08.03.2025

Evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıl və əlilliyi olan qadınlar üçün tamaşa nümayiş etdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıl və əlilliyi olan şəxslər üçün tamaşa nümayiş etdirilib. 

Agentliyin Abşeron-Xızı regional filialı tərəfindən xidmət göstərilən bu kateqoriyadan olan 25 imtiyazlı şəxsin iştirak etdiyi tədbir Sumqayıt Dövlət Dram Teatrı ilə birgə təşkil edilib. 

8 mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir çərçivəsində qonaqlar Əziz Nesinin “Öldür məni, canciyər” komediyasına tamaşa ediblər.