Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz regional filialının əməkdaşları Xaçmazda ahıl şəxs Sabir Abusəddər oğlu Zeynalovu doğum günündə ziyarət ediblər.
85 yaşını qeyd edən ahılımıza Agentliyin sosial xidmətçisi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilir.
Ahılın sosial vəziyyəti ilə maraqlanan əməkdaşlar Sabir Zeynalovu 85 yaşı olması münasibətilə təbrik edib, ona can sağlığı və uzun ömür arzu ediblər. Onun bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib.
Ahılımız göstərilən dövlət qayğısına görə təşəkkürlərini ifadə edib.