Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə Kür çayında gəmi gəzintisi təşkil edilib.
1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən tədbirdə Mingəçevir şəhərində bu xidmətdən yararlanan 20-yə yaxın ahıl şəxs iştirak edib.
Gəmi gəzintisi zamanı iştirakçıların əylənməsi məqsədilə müxtəlif maraqlı tədbirlər təşkil edilib.
Həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası məqsədi daşıyan tədbir çay və nahar süfrəsi ətrafında səmimi söhbətlərlə davam edib.