09.01.2024

Evdə (səyyar) sosial-məişət xidmətinin əhatə etdiyi istiqamətlər

Evdə (səyyar) sosial-məişət xidmətinin əhatə etdiyi istiqamətlər aşağıdakılardır:
•    yemək hazırlanmasına kömək etmək, özünə qulluq edə bilməyən şəxslərin yedizdirilməsi və qabların yuyulması
•    zəruri ərzaq, sənaye və məişət mallarının alınması
•    mənzillərin yığışdırılması və təmizlənməsi
•    yataq və geyim əşyalarının yuyulması, ütülənməsi
•    mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi
•    evə həkimin çağırılması, həkimin təyinatı ilə aptekdən dərman alınması
•    sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərilməsi