Evdə (səyyar) sosial-məişət xidmətinin əhatə etdiyi istiqamətlər aşağıdakılardır:
• yemək hazırlanmasına kömək etmək, özünə qulluq edə bilməyən şəxslərin yedizdirilməsi və qabların yuyulması
• zəruri ərzaq, sənaye və məişət mallarının alınması
• mənzillərin yığışdırılması və təmizlənməsi
• yataq və geyim əşyalarının yuyulması, ütülənməsi
• mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi
• evə həkimin çağırılması, həkimin təyinatı ilə aptekdən dərman alınması
• sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərilməsi