29.04.2024

Evdə sosial-məişət xidməti göstərilən ahıllar ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov səyyar sosial-məişət xidməti göstərilən ahılları ziyarət edib. 

Qaxda yaşayan ahıl cütlüyün - Şamil Şamilzadə və həyat yoldaşı Mahizər Vahidovanın hər ikisinin 87 yaşı var. Onlar sosial xidmət işçiləri onlara evlərində təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstərirlər.

V.Behbudov ahıllarımızın ümumi şəraiti ilə maraqlanıb. O, tənha ahıl vətəndaşların sosial vəziyyətinin Agentlik tərəfindən hər zaman diqqətdə saxlanıldığıını vurğulayıb. 

Ahıllar onlara göstərilən xidmətlərdən razılıqlarını bildiriblər. 

Qeyd edək ki, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar və əlilliyi olan şəxslərə evlərində sosial-məişət xidməti göstərilir.

Agentlik tərəfindən bu ilin ötən dövründə 4 minə yaxın tənha ahıl və əlilliyi olan şəxs evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin olunub.