03.02.2025

Fevralın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Zərdab rayonunda vətəndaş qəbulu keçirəcək

Fevralın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Zərdab rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda Zərdab ilə yanaşı, Ucar rayon sakinləri də iştirak edə bilərlər.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və digər sosial məsələlər üzrə müraciətləri cavablandırılacaq.

Müraciət etmək istəyən vətəndaşlar 19 fevral 2025-ci il tarixinə qədər (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər