Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının təşkilatçılığı ilə Gəncə şəhərində məktəblilərlə görüş keçirilib.
1 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə Gəncə şəhərində yerləşən məktəblərin uşaq birliyi rəhbərləri, psixoloqlar və məktəblilər iştirak edib.
Çıxışçılar uşaq hüquqları, sosial təhlükəli vəziyətdə olan uşaqların hüquqları, yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri mövzularında təqdimatlar ediblər.
“Uşaq hüquqları aylığı”na həsr edilən görüş iştirakçıların suallarının cavablandırılması ilə davam edib.