23.10.2024

Gəncədə “Himayədar Ailə” qayğı modelinə həsr olunan ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Gəncə şəhərində ictimai dinləmə keçirilib. 

“Himayədar Ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunan dinləmədə Gəncədən olan ictimaiyyət nümayəndələri iştirak edib. 

Görüşdə Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən “Himayədar Ailə” qayğı modelinin mahiyyəti, müraciət qaydaları, bu modelin müəssisələrdə yaşayan uşaqların gələcəyi baxımından əhəmiyyətindən danışılıb. 

Çıxış edənlər sosial təhlükəli vəziyətdə olan uşaqlarla aparılan iş və əməkdaşlıq, müəssisələşmənin qarşısının alınması (Gatekeeping), müəssisədə yaşayan uşaqların ailəyə qaytarılması (re-inteqrasiya) mövzularında təqdimatlar ediblər. 

200-ə yaxın şəxsin iştirak etdiyi görüşdə iştirakçıların sualları cavablandırılıb və ictimai dinləmənin keçirilməsinin əhəmiyyəti vurğulanıb.